İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqdahəmin işçilərə kompensasiya hansı məbləğdə ödənilir?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
22 мар. 2017 г.
Kompensasiya hansı məbləğdə ödənilir?
Kompensasiya hansı məbləğdə ödənilir?
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən müəssisə ləğv edildikdə və işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir.
İkinci və üçüncü aylar orta əmək haqqı Dövlət Məşğulluq Xidməti tərəfindən işçiyə verilən müvafiq arayışlar əsasında ödənilir. Həmin arayış işdən çıxan gündən bir ay müddətində Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınan şəxslərə verilir.
İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. İşəgötürən xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.