ƏLAVƏ TƏHSİL: KLİNİK PSİXOLOQ
Bu proqrama daxildir:
Kimlər iştirak edə bilər:
Başqa sahədə ali təhsili olan şəxslər və ya hal-hazırda təhsil alan tələbələr.
Əlavə Təhsil vətəndaşların hər-hansı sahədə əvvəlcə aldığı bakalavr baza təhsil proqramı ilə yeni ixtisasın arasındakı fərqi əhatə edərək (1 tədris ili) psixologiya ixtisası fənləri üzrə təhsil proqramıdır.
Proqramın həcmi: 1528 saat (şəxsi və nəzəri hazırlıq daxil)
Proqramın müddəti: 1 tədris ili - güzəştli ödəniş hallarında yekun imtahan və diplomun verilməsi ödəniş bitdikdən sonra həyata keçirilir.
Təlim forması: 6 ay əyani və 12 ay qiyabi tədris texnologiyaları istifadə edilərək.
PROQRAMI YÜKLƏYİN
ƏLAVƏ TƏHSİL PROQRAMININ STRUKTURU:
1. Sərbəst hazırlıq: 6 ay - Ümumi Psixoterapiya - 27 fənn üzrə, 792 saat - nəzəri biliklər.
Tövsiyyə olunan ədəbiyyat siyahısı və azərbaycan dilində mövcud olan dərsliklər PDF şəklində təqdim edilir.
Rus dilində başa düşən tələbələr üçün Əlavə Təhsil İnstitutunun portalında şəxsi kabinet açılır və proqrama daxil olan və rus dilində mövcud olan mühazirələr təqdim olunur. Portalda imtahan sınaqları da mövcuddur.
2. Sərbəst hazırlıq: 6 ay - Şəxsi Təcrübə - 396 saat - nəzəri biliklər və şəxsi təşəbbüskarlıq.
Psixoterapiya metodları ilə tanışlıq, fərdi şəkildə keçirilən məşqlər, tələbələrlə birlikdə çalışmalar və əldə olunan nəticələrlə bağlı maarifləndirici seminarların təşkili. Şəxsi təcrübəsi əsasında psixoterapevtik "esse" yazmaq.
3. Praktikum: 1 il - Klinik Psixoterapiya - 336 saat, praktika, interviziya, superviziya.
Qapalı qrupda online şəkildə azərbaycan dilində praktiki təlim keçirilir. Dərslər həftədə 2 dəfə 2 saat Zoom-da keçirilir. Tədris gedişatı video yazı ilə müşahidə olunur, məşqlərin video yazıların təkrar baxışı üçün imkan yaradılır.
4. Nəticələrin qiymətləndirilməsi və yekun imtahan - 4 saat.
ƏYANİ HAZIRLIQ: ÜMUMİ PSİXOTERAPİYA
1) Psixodiaqnostika - əsas əlamətlər, terminlər, psixoloji və somatik simptomlar, psixopatoloji sindromlar, psixoloji testlər, müsahibə aparma, müşahidələrin qeydiyyatı və interpretasiyası
Tədrisi aparır: Həkim Psixoterapevt Kənan Rəhimov
2) Koqnitiv Davranış Terapiya - əsas anlayışlar, texnikalar, praktiki tədbiqi, prosedur qaydalar, uşaqlarla və yetkin insanlarla psixoloji travmaların araşdırılmasi, işlədilməsi və ardıcıl həlli
Tədrisi aparır: Klinik Psixoloq Tamilla Suleymanova
3) Ailə Terapiyası - sistemli ailə terapiyası əsasları, ümumi ailə modeli ilə iş, cütlüklərin qəbulu, ailə münasibətlərində krizis dövründə psixoloji dəstək, ailədə sevginin qaytarılması
Tədrisi aparır: Klinik Psixoloq Samira Rəhimova
PRAKTİKUM: KLİNİK PSİXOTERAPİYA
Bu hissə ayrıca keçirilə bilər, daha öncə əldə edilən nəzəri biliklərin birbaşa təcrübədə tətbiqini məşq edirlər, şəxsi təcrübə keyslərin təhlili, iştirakçılar üçün interviziya və superviziya keçirilir. Tədrisin sonunda tədris aparan mütəxəssis tərəfindən imtahan keçirilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının Sertifikatı verlir.
Qeydiyyatdan keçən kimi tələbələr qapalı telegram qrupuna daxil olur - orada 100-dən çox nəzəri və praktiki məşğələlərin video yaılarını izləmək imkanı var. Bütün məşğələlər şəffaf və sərbəst şəkildə keçirilir - bütün məşğələlərin video yazıları bu qrupda siyahıya əlavə olunur. Belə ki, hər bir yeni tələbə hamısını izləyə bilər.
Başqa sahədə ali təhsili olan şəxslər azərbaycan dilində tədris keçib Rusiyanin Əlavə Təhsil İnstitutu tərəfindən rəsmi psixoloq diplomu ilə təltif olunurlar.
Təhsil Haqqında - Azərbaycan Respublikasının Qanunu
Maddə 24. Əlavə təhsil - vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsil - ətraflı tanış olun
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 163 nömrəli qərarı
“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”- ətraflı tanış olun
Psixoloji Yardım Haqqında Azərbaycan Respublikasinin Qanunu
1.0.2. psixoloq – psixoloq ixtisası üzrə ali təhsil almış və ya “Təhsil haqqında” AR Qanununa uyğun olaraq əlavə təhsilalma formasında psixoloq ixtisasını əldə etmiş və psixoloji yardım göstərmək hüququ olan şəxs - ətraflı tanış olun
Rusiya ilə Azərbaycan arasında təhsil sahəsində razılaşmasına əsasən məzunlar Əlavə Təhsil Diplomu ilə həm Dövlət həm də özəl müəssisələrdə rəsmi fəaliyyət göstərə bilər. İşə qəbul edən tərəfin vəzifəyə qarşı tələblərinə uyğun.
Rusiyanın Təhsil Nazirliyi tərəfindən verilən Diplom bu sahədə kvallifikasiyaya sahib edir. Bunu yoxlamaq üçün Rusiyanın Dövlət Təhsil və Elm sahəsinə nəzarət xidmətinin portalına (Федеральная служба по надзору в сфере образования и науки) daxil ola bilərsiniz.
Ödəniş ➡️ tam şəkildə birdəfəlik 6000 azn
Hissə-hissə ödəniş sistemi də mövcuddur:
1) 12 ay ➡️ 550 azn - 6600 azn
2) 18 ay ➡️ 385 azn - 6930 azn
3) 24 ay ➡️ 300 azn - 7200 azn
4) 36 ay ➡️ 220 azn - 7920 azn
Qeydiyyatdan keçin və bizim mütəxəssis sizi uyğun istiqamətdə yönəldəcək.
Aşağıda rəsmi ödəniş sistemi ilə hesaba şəxsi kartınızala və ya BirBank, TamKart, BolKart, WorldKart kredit kartları ilə birbaşa və ya hissə-hissə ödənişi rəsmiləşdirə bilərsiniz.
Bizim açıq telegram kanalımıza keçib daha ərtaflı məlumatlarla tanış ola bilərsiniz, eləcə də məzunlarımızın və təlim iştirakçılarımızın video rəylərini dinlərə vilərsiniz.