PRAKTİKUM
Praktikum - psixologiya sahəsində təhsil almış və ya hal-hazırda təhsil alan şəxslərin peşəkar bacarıqlarını inkişaf etdirmək məqsədi ilə aparılan məşqlər və daimi peşəkar dəstək qrupudur.
Dərslərdə tələbələr psixoloq və pasiyent rollarında iştirak edib, sonra dərslərin video yazılarına təkrar baxaraq, peşəkar psixoterapiya modellərini təkmilləşdirərək beynəlxalq tələblərə uyğun təkmill əşirlər.

2026 il üçün Ragimoff Psixologiya Məktəbinin “Praktikum” proqramı:
1) Yanvar – Ümumi Psixologiya
2) Fevral – Psixopatologiya
3) Mart – Klinik Psixodiaqnostika
4) Aprel – Koqnitiv Davranış Terapiyası
5) May – Praktiki Məşğələlər
6) İyun – NLP, Psixosintez
7) İyul – Tətil/İstirahət
8) Avqust – Praktiki Məşğələlər
9) Sentyabr – Ailə Terapiyası
10) Oktyabr – Praktiki Məşğələlər
11) Noyabr – Müasir Psixoanaliz
12) Dekabr – Praktiki Məşğələlər
Dərslər həftənin 2 və 4 günlər 14:00-16:00 əyani və online şəklində keçirilir.
Tədrisin sonunda praktiki imtahan verilir və Beynəlxalq Psixoterapiya Assosiasiyasının Sertifikatı verlir.
Tədrisin gedişatı ilə tanış olmaq üçün aşağıdakı link üzrə keçib video yazılara baxa bilərsiniz.
Tədris prosesində praktiki məşqlər formatı:
1) psixoloq rolunda - digər mütəxəssis pasiyent rolunda olaraq,
2) pasiyent rolunda - digər mütəxəssis psixoloq rolunda olaraq,
3) şəxsi terapiya - özünün real şəxsi münasibətlərinin təhlilini aparılması,
4) konsilium - real pasiyentin mütəxəsissin nəzarəti altında qəbul edilməsi,
5) superviziya - öz pasiyentinin qəbulu zamanı üzləşdiyi çətinliklərdə daimi dəstək.
Yekun praktik imtahana daxildir:
1) Terapevtik Kontrakt - İlk qəbul, Suallar, Psixoterapevtik Alyans, Rapport, Konfidensiallıq
2) Psixoloji Diaqnostika - Simptomlar, Sindromlar, XBT-10, testlər, Diaqnozun əsaslandırılması
3) Psixoterapevtik Xəritə - Problemin Strukturu, Psixoterapevtik Strategiya, Nəticələrin Qeydiyyatı
Qeydiyyatdan keçən kimi tələbələr qapalı telegram qrupuna daxil olur - orada 100-dən çox nəzəri və praktiki məşğələlərin video yaılarını izləmək imkanı var. Bütün məşğələlər şəffaf və sərbəst şəkildə keçirilir - bütün məşğələlərin video yazıları bu qrupda siyahıya əlavə olunur. Belə ki, hər bir yeni tələbə hamısını izləyə bilər.
BEYNƏLXALQ PSİXOTERAPİYA ASSOSİASİYASININ SERTİFİKATI
"Dr.Ragimoff" 2022-ci ildən etibarən Beynəlxalq Psixoterapiya Assosiasiyasının (BPA/IPAS) Ambassadorudur, "Milli Proqramlar" üzrə təlim məzunları Beynəlxalq Sertifikatla təltif olunur - sertifikatın statusu QR Kodla təstiq edilir - yoxlanıla bilər.

Ödəniş ➡️ tam şəkildə birdəfəlik 3000 azn
Hissə-hissə ödəniş sistemi də mövcuddur 12 ay ➡️ 300 azn - cəmi 3600 azn
Qeydiyyatdan keçin və bizim mütəxəssis sizi uyğun istiqamətdə yönəldəcək.
Aşağıda rəsmi ödəniş sistemi ilə hesaba şəxsi kartınızala və ya BirBank, TamKart, BolKart, WorldKart kredit kartları ilə birbaşa və ya hissə-hissə ödənişi rəsmiləşdirə bilərsiniz.
Bizim açıq telegram kanalımıza keçib daha ərtaflı məlumatlarla tanış ola bilərsiniz, eləcə də məzunlarımızın və təlim iştirakçılarımızın video rəylərini dinlərə vilərsiniz.




