Şəhid ailəsinin üzvləri üçün qısaldılmış iş vaxtı tətbiq olunurmu?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
14 апр. 2017 г.
Şəhid ailəsinin üzvləri üçün qısaldılmış iş vaxtı?...
Şəhid ailəsinin üzvləri üçün qısaldılmış iş vaxtı?...
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
Qısaldılmış iş vaxtı 16 yaşınadək işçilər üçün 24 saatdan, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində, əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamaqla müəyyən edilmişdir.
Əmək Məcəlləsində şəhid ailəsinin üzvləri üçün hər hansı güzəşt nəzərdə tutulmamışdır. Lakin tərəflərin qarşılıqlı razılığına əsasən işəgötürən tərəfindən müəyyən güzəştlər nəzərdə tutula bilər.