Qeyri-iş günlərində işəgötürən işçiləri heç bir əsas gətirmədən işə cəlb edə bilərmi?
1 комментарий
Лайк
1 комментарий
Неизвестный пользователь
14 апр. 2017 г.
Əmək Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsi; su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.
Normanın tələbindən də göründüyü kimi yalnız müstəsna hallarda istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işə cəlb edilə bilər. Bu zaman işçilərin əməyi 164-cü maddədə nəzərdə tutulan qaydada — tarif maşının iki mislindən aşağı olmamaqla ödənilir, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər. Bu hal mütləq işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir.