İşəgötürən müəssisədə mövcud iş saatlarını dəyişərək işçilərə daha az iş saatı tətbiq edə bilərmi?
1 комментарий
Лайк
1 комментарий
Неизвестный пользователь
14 апр. 2017 г.
Bəli, edə bilər. Əmək Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.
Əmək Məcəlləsinin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
İşəgötürən işçinin əmək, maddi, sosial-məişət şəraitini yaxşılaşdıran, ona əlavə imkanlar verən iş şəraiti yaratmaqda sərbəstdi və bu tədbirləri görərkən işçilər arasında ayrı-seçkilik etməməli, bütün işçilərə eyni yanaşmalı və bərabər imkanlar yaratmalıdır.
Nəzərə almaq lazımdır ki, əmək şəraiti və iş vaxtının dəyişdirilməsi ilə əlaqədar əmək müqavilələrinə dəyişiklik edilməli və həmin dəyişikliklər elekron qeydiyyata alınmalıdır, eyni zamanda bununla bağlı daxili qaydalara dəyişiklik edilməlidir.