İşçi nə qədər müddət işlədikdən sonra onun əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və ya hamiləliyə və ya doğuma görə müavinət almaq hüququ yaranır?
top of page
Чтобы увидеть, как это работает, перейдите на опубликованный сайт.
1 комментарий
bottom of page
Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə və hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.
Hər iki halda müavinətin aylıq maksimal həddi yaşa görə əmək pensiyasının baza hissəsinin* 25 mislindən artıq ola bilməz**.
* Azərbycn Respublikası Prezidentinin 16.01.2016-cı il tarixli Sərəncamına əsasən yaşa görə əmək pensiyalarının baza hissəsinin məbləği 01.02.2016-cı ildən 110 manat müəyyən edilmişdir.
** Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 №-li Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” 3-cü bənd.