Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş əmək məzuniyyəti necə rəsmiləşdirilməlidir?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
14 апр. 2017 г.
Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş...
Əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş...
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 143-cü maddəsinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir.
İşçi nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Maddənin tələbindən aydın olur ki, işəgötürən tərəfindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsi və ya məzuniyyətin verilməsi, məzuniyyətin sonuncu günün işdənçıxma tarixi hesab edilməsi barədə seçim etmək işçinin hüququdur və buna işəgötürən müdaxilə edə bilməz.