İşəqəbul zamanı əgər bir şəxs əvvəllər işləməyibsə əmək müqaviləsinin bağlanması üçün hansı sənədləri təqdim etməlidir?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
16 февр. 2017 г.
Əmək müqaviləsinin bağlanması
Əmək müqaviləsinin bağlanması
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Azərbycan Respublikası Əmək Məcəlləsinin 48-ci maddəsi əmək müqaviləsi bağlanarkən işçinin təqdim etməli olduğu zəruri sənədləri müəyyən edir. Bu sənədlər aşağıdakılardır:
1) Şəxsiyyət vəsiqəsinin surəti,
2) Əmək kitabçası (Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər 48.3)
3) Dövlət sosial sığorta şəhadətnaməsinin surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla)
4) Tibbi arayış (Siyahısı AR Nazirlər Kabinetinin 03 yanvar 2000-ci il tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş iş yerləri və vəzifələr üzrə və Əmək Məcəlləsinin 252-i maddəsinə əsasən yaşı 18-dən az olan şəxslər üçün tibbi müayinə zəruridir),
5) Hərbi biletin hər səhifəsinin surəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 may tarixli 76 nömrəli qərarı ilə təsdiq edilmişn “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi uçotunun aparılması qaydası”na əsasən hərbi uçotun aparılması üçün zəruridir)
6) Əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda diplomun surəti və ya təhsil aldığı yerdən (universitetden, texnikumdan və s.) arayış,
7) Sürücülük vəsiqəsinin surəti.