İşçi ilə bağlanmış müddətli əmək müqviləsinin müddəti 29 dekabrda bitir. İşəgötürən müqavilə müddətinin uzadılmasını istəmir.
Bu halda müqaviləyə xitam veriləcəyi barədə işçiyə əvvəlcədən xəbərdarlıq etmək lazımdır?
1 комментарий
Лайк
1 комментарий
Неизвестный пользователь
20 февр. 2017 г.
Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası Əmək Məcəlləsinin 73-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələbinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.
Əgər müddət qurtardıqdan sonra da əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən isə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir.
Əmək Məcəlləsinin 56-cı maddəyə əsasən isə işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Göründüyü kimi qanunvericilik işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda, eyni zamanda əmək şəraitinin şərtləri dəyişdirildikdə işəgötürən tərəfindən xəbərdarlıq müddətinin tətbiq edilməli olduğunu müəyyən edir.
Müddətli əmək müqaviləsində tərəflər müqavilə bağlayarkən əmək münsibətlərinin müddətli xarakter daşıdığını əvvəlcədən bildiyindən əlavə olaraq hər hansı xəbərdarlığın edilməsi nəzərdə tutulmur. Yalnız müqavilə müddəti bitdikdən sonra bir həftəlik müddət ərzində əmək müqaviləsinə 68-nin maddənin b) bəndinə əsasən xitam verilə bilər.