İşçinin 2 azyaşlı uşağı var. Uşaqlardan birinin sağlamlıq imkanı məhduddur. İşçiyə neçə gün əlavə məzuniyyət düşür?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
16 февр. 2017 г.
Uşaqlara sağlamlığı ilə əlavə məzuniyyət
Uşaqlara sağlamlığı ilə əlavə məzuniyyət
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Həmin Məcəllənin 136-cı maddəsinin 2-ci bəndinə əsasən işçinin eyni vaxtda əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə əlavə məzuniyyətə hüququ olduqda daha çox müddətli bir məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilərək verilir.
117-ci maddənin tələbinə əsasən 2 uşağı olan qadınlara 2 gün, sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilməli olduğundan və yalnız əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə və əmək stajına görə məzuniyyətlərin birləşdirilərək daha çox müddətli məzuniyyətin verilməsi nəzərdə tutulduğundan, qadına 2 uşağa görə 2 təqvim günü, sağlamlıq imkanları məhdud uşağa görə isə 5 təqvim günü olmaqla cəmi 7 təqvim günü əlavə məzuniyyət verilməlidir.
Nəzərə almaq lazımdır ki, uşaqlı qadınlara əlavə məzuniyyətlər yalnız əsasə məzuniyyət müddəti 21 və 30 təqvimi günü olan işçilərə aid edilir.