Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan işçi başqa müəssisədə əmək müqaviləsi bağlamaqla işə qəbul oluna bilərmi?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
14 апр. 2017 г.
Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan
Uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olan
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 125-ci maddəsində nəzərdə tutulan hamiləliyə və doğuşa görə məzuniyyət müddəti işçinin əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr hesab olunur və bu müddətdə əsas və əlavə iş yerində əmək fəaliyyəti ilə məşğul olması istisna olunur.
Qismən ödənişli sosial məzuniyyətdə olduğu müddətdə isə işçi yalnız əlavə iş yeri olaraq başqa müəssisədə əmək müqaviləsi bağlaya bilər.
Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 № li qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 84-cü bəndinə əsasən əgər qadın uşaq üç yaşa çatanadək haqqı qismən ödənilən məzuniyyət vaxtı öz arzusuna görə tam olmayan iş vaxtı ilə və yaxud da evdə işləyirsə, habelə istehsalatdan ayrılmaqla təhsilini davam edirsə, bu zaman onların müavinət almaq hüququ saxlanılır.