İşçi təhsil məzuniyyətinə çıxır, bunun üçün təhsil müəssisəsindən arayış verilib, arayışda 28-29 yanvar tarixlərində imtahanın keçiriləcəyi qeyd edilmişdir.
İşçi isə yolda sərf olunan vaxta görə ərizəsində 2 gün deyil 10 gün təhsil məzuniyyətinə çıxmağa icazə verilməsini xahiş edir.
Bu halda işəgötürən təhsil məzuniyyətinin müddətini ərizədə qeyd edilən tarixlərdə verməlidir yoxsa arayışda qeyd olunan tarixlər üzrə?
Arayışda qeyd olunan tarixlər üzrə təhsil məzuniyyəti verilir. Əlavə qeyd edilən müddəti ödənişsiz məzuniyyət kimi rəsmiləşdirmək olar.
Əmək Məcəlləsinin 124-cü maddəsinə əsasən təhsil məzuniyyətindən təhsil proqramları ilə müəyyən edilən dövrlərdə, təhsil müəssisəsinin verdiyi arayış əsasında istifadə oluna bilər.
Arayışda təhsil məzuniyyətinin müddəti konkret olaraq göstərilir. Yolda sərf olunan vaxt təhsil məzuniyyətinin müddətinə daxil edilmir. İşəgötürən iş yeri və təhsil müəssisəsinin arasındakı məsafəni və nəqliyyata sərf ediləcək müddəti nəzərə alaraq təhsil məzuniyyətinin başlamasına 1-2 gün qalmış və təhsil məzuniyyətinin qurtardığı vaxtdan 1-2 gün sonra ödənişsiz məzuniyyət verilməsi barədə işçinin xahişini təmin etməlidir.