İşçini əmək məzuniyyətindən neçə gün sonra geri çağırmaq olar?
top of page
Чтобы протестировать функцию, перейдите на опубликованный сайт.
kenanragimoff
13 мар. 2017 г.
Neçə gün sonra geri çağırmaq olar?
Neçə gün sonra geri çağırmaq olar?
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Qanunvericilikdə əmək məzuniyyətindən geri çağırma ilə bağlı hər hansı müddət nəzərdə tutulmamışdır.
Əmək Məccəlləsinin 137-ci maddəsinin tələblərinə əsasən əmək məzuniyyətindən geriçağırma yalnız müstəsna hallarda, işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirilməklə həyata keçirilə bilər.
Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək yenidən məzuniyyət pulu hesablanıb ödənilir.