Əmək müqaviləsinə xitam verilmiş işçinin vəzifəsinin müvəqqəti icrası əgər həmin işçinin işlədiyi şöbədə başqa işçi yoxdursa, digər şöbənin işçisinə həvalə oluna bilərmi? Bu hal yoxlama zamanı hər hansı problem yarada bilərmi?
top of page
Чтобы увидеть, как это работает, перейдите на опубликованный сайт.
kenanragimoff
16 февр. 2017 г.
İşçinin vəzifəsinin müvəqqəti icrası
İşçinin vəzifəsinin müvəqqəti icrası
1 комментарий
Лайк
1 комментарий
bottom of page
Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı ödənilməlidir.
Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya da boş vəzifəyə yeni işçi götürülür.
Hər bir halda başqa işçinin əmək funksiyalarının icrası üçün işçinin yazılı razılığı olmalı, işəgötürənin əmri ilə rəsmiləşdirilməli, 3 aylıq müddət bitdikdən sonra işçi ilə mütləq yeni əmək müqaviləsi bağlanmalıdır.
Qanunvericilik başqa işçinin əmək funksiyalarının icrasının kimə həvalə oluna biləcəyi və bununla bağlı hər hansı məhdudiyyət nəzərdə tutmadığından rəsmiləşdirmə və bununla bağlı ödənişlər düzgün aparıldığı təqdirdə işin kimə həvalə olunması məsələsi problem yarada bilməz. Təbii ki, işçi ona həvalə edilmiş iş üzrə vəzifələri icra edə bilmə bacarığına malik olmalıdır.