İşəqəbul ərizəsində işçinin yaşadığı yoxsa qeydiyyatda olduğu ünvan yazılır?
top of page
Чтобы увидеть, как это работает, перейдите на опубликованный сайт.
1 комментарий
Комментарии к этому посту больше не доступны. Обратитесь к владельцу сайта за дополнительной информацией.
bottom of page





Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Qanuna əsasən “Ərizə — vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir”. Ərizədə müraciət edən şəxsin ünvanının yazılmasında məqsəd müraciət olunan təşkilatın kiminlə və hansı vasitə ilə əlaqə saxlanmasını müəyyənləşdirməkdir. Bu səbəbdən ərizədə işçinin yaşadığı ünvan göstərilməlidir. Əgər işçinin qeydiyyat ünvanı və yaşadığı ünvan fərqlidirsə, onda ərizədə hər iki ünvan göstərilə bilər.