İşəqəbul zamanı işçidən yaşayış yerindən arayış tələb edilə bilərmi?
1 комментарий
Лайк
1 комментарий
Неизвестный пользователь
16 февр. 2017 г.
Əmək Məcəlləsinə görə əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz (48.2).
Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır (48.6).
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yerini müəyyən edən sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir.
Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz.
Bu səbəbdən işəqəbul zamanı yaşayış yerindən arayış tələb edilməsi əsassız və lazımsızdır.