top of page

Ezamiyyətlərlə bağlı

Открытая·1 пользователь

ezamiyyet kagizina mohur vuracaq imzalayacaq bir shexs yoxdu

Tutaq ki ishci ezamiyyete gedir rayona amma ordaki bazari arashdirmaga gedir yeni konkret hansisa shirkete ya numayendeliye getmir ona gore de onun ezamiyyet kagizina mohur vuracaq imzalayacaq bir shexs yoxdur bu hali nece resmileshdirmek olar?

56 просмотров
ayselmirzayeva
Nov 23, 2018

Biz də çox tez-tez qarşılaşırıq bu cür problemlərlə, cavabi bilən varsa mənə də çox maraqlıdır


Əmək məzuniyyətində olan işçinin ezamiyyətə göndərilməsi...

Əmək məzuniyyətində olan işçinin ezamiyyətə göndərilməsi necə həyata keçirilə bilər?

121 просмотр
Unknown member
Apr 14, 2017

Əmək məzuniyyətində olan işçinin işyerində və ya iş yerindən kənarda əmək fəaliyyətinə cəlb edilməsi qadağandır.


Məzuniyyətdə olan işçinin ezamiyyətə göndərilməsi zərurəti yaranarsa, Əmək Məcəlləsinin 137-ci maddəsinin tələblərinə uyğun olaraq işçinin yazılı razılığı ilə əmək məzuniyyətindən geriçağırılmalı, sonra isə ezmiyyət əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.

Direktor qısamüddətli ezamiyyətə göndərildiyi halda

Direktor qısamüddətli ezamiyyətə göndərildiyi halda səlahiyyətlərinin müvəqqəti icrasını baş mühasibə həvalə edir.

Bu halda rəsmiləşdirmə necə olmalıdır?

Əmək müqaviləsinə əlavə edilməlidirmi?

58 просмотров
Unknown member
Apr 14, 2017

Əmək Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir və bu hal işəgötürənin əmri ilə rəsmiləşdirilməlidir.


Bu barədə elektron hökumət portalında məlumatın daxil edilməsinə gəldikdə isə nəzərə almaq lazımdır ki, elektron sistemdə əmək müqaviləsi bağlamaq səlahiyyəti olan şəxsin vəzifəsi, səlahiyyətin aid olduğu struktur bölmə və səlahiyyətin verilmə müddəti avtomatik rejimdə müddətsiz qəbul edilir.


Lakin direktor məzuniyyətdə və ya ezamiyyətdə olduqda əmək müqaviləsi bağlamaq səlahiyyəti başqa şəxsə verilərsə, bu zaman seçilən şəxsə əmək müqaviləsi bağlamaq səlahiyyəti müəyyən vaxt intervalında da (müddətli) verilə bilər və elektron informasiya sisteminə müddətli səlahiyyət daxil edilə bilər.


Bunun üçün qeyd olunan məlumatlar daxil edildikdən sonra “Əlavə et” düyməsi vurulur. Səlahiyyət müddəti elektron imzanın qüvvədə olduğu müddətdə aktiv olur və elektron imza qüvvədən düşdükdə səlahiyyət müddəti bitir.

Xaricə ezamiyyete göndərilən işçi

Xaricə ezamiyyete göndərilən işçi 1 oktyabr 21:30-da gedir ve 4 oktyabr 03:30-da geri qayıdır. Bu zaman ezamiyyət günlərinin sayı necə müəyyən olunur? İşçinin yolda olduğu müddət ezamiyyət müddətinə daxil edilirmi?

182 просмотра
Unknown member
Feb 17, 2017

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 14.02.2008-ci il tarixli “İşçilərin Ezamiyyə Qaydaları”na əsasən İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz (Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda çalışan diplomatik xidmət əməkdaşları, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslər və digər təşkilatların nümayəndələri istisna olmaqla - 4-cü bənd), Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir(7-ci bənd).


Həmin Qaydaların 9-cu bəndinə əsasən Ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır. Qanunvericiliyin tələbindən də göründüyü kimi ezamiyyətə göndərilən işçiyə ezamiyyət vəsiqəsində edilən ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında qeydlər nəzər alınmaqla ezamiyyət günləri üçün ezamiyyət xərci ödənilir.


Yolda olduğu vaxt üçün isə yalnız ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta aylıq əmək haqqı saxlanılır.

İşçinin əmək haqqı

Ezamiyyət müddətində işçinin əmək haqqı necə hesablanır?

194 просмотра
Unknown member
Feb 17, 2017

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən işçi yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərildikdə onun iş yeri və orta əmək haqqı saxlanılır. Orta əmək haqqının hesablanması qaydası isə Əmək Məcəlləsinin 177-ci maddəsində qeyd olunur. Həmin maddənin 2-ci bəndinə görə işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

    Участники

    bottom of page